Bakıda Azərbaycan-İraq Hökumətlərarası Komissiyasının iclası keçirilib

Baş səhifə

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan və İraq Hökumətləri arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasında iştirak edib.

APA-Economics” xəbər verir ki, bunu nazir öz sosial şəbəkə hesabında bildirib.

“Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu bildirdik. İclas zamanı iqtisadiyyat, sənaye, ticarət, qarşılıqlı investisiyalar, neft və qaz, rəqəmsal inkişaf, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr apardıq”, – deyə R.Nəbiyev qeyd edib.