Böyük Britaniya Ermənistana ilk hərbi attaşesini təyin edib

Baş səhifə
Böyük Britaniya Ermənistana ilk hərbi attaşesini təyin edib

Mayor Tomas Şorland Boll Ermənistana Böyük Britaniyadan ilk rezident müdafiə məsələləri üzrə attaşe təyin edilib.

“Report”un Ermənistan KİV-nə istinadən məlumatına görə, bunu Böyük Britaniyanın Ermənistanda səfirliyi bildirib.

“Bu tarixi addım Birləşmiş Krallıq və Ermənistan arasında tərəfdaşlığın artan möhkəmliyini əks etdirir və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək”, – səfirliyin bəyanatında deyilir.