Xəzəryanı əməkdaşlıq üzrə idarələrarası komissiyanın beşinci iclası dekabrın 8-də keçiriləcək.
“Report”un “İnterfaks”a istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.
“Dekabrın 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzəryanı əməkdaşlıq üzrə idarələrarası komissiyanın beşinci iclası keçiriləcək,” – o bildirib.
M.Zaxarovanın sözlərinə görə, Xəzəryanı əməkdaşlığın aktual məsələlərinin, o cümlədən yeddinci Xəzər sammitinə hazırlıqla bağlı məsələlərin müzakirəsi planlaşdırılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

