Bakı. Trend:
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş
Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət
naziri Stiven Dauti ilə görüşüb.
Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında
paylaşım edib.
Görüş ATƏT-in Vyana şəhərində keçirilən Nazirlər Şurasının 32-ci
iclası çərçivəsində baş tutub.
“Müzakirələr Azərbaycan və Birləşmiş Krallıq arasındakı
əməkdaşlığın hazırki vəziyyəti və perspektivlərini, habelə siyasi
dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiya kimi
məsələləri ehtiva edib. Onlar eyni zamanda regional inkişaf və
Azərbaycan –Birləşmiş Krallıq münasibətlərinin strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlməsi imkanları ilə bağlı fikir mübadiləsi
aparıblar”, – paylaşımda qeyd olunub.

