ATƏT sədri: Minsk qrupunun bağlanması Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyən həyati addımdır

Baş səhifə

ATƏT-in Minsk qrupunun bağlanması qərarı Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyən həyati addımdır.

APA xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında deyib.

“Azərbaycan və Ermənistan arasında sülh prosesində müsbət irəliləyişin şahidi oldum. Avqust ayında ATƏT-in Minsk qrupu və onunla əlaqəli qurumların bağlanması ilə bağlı qərar qəbul etdik. Bu sülhə sülh prosesini dəstəkləyən həyati addım idi və ATƏT-in büdcəsinin qəbulunda əsas maneənin aradan qaldırılması idi”, – Elina Valtonen qeyd edib.