Könüllülük Azərbaycan cəmiyyəti üçün strateji əhəmiyyət daşıyır. Buna görə də, sağlam cəmiyyət və məsuliyyətli gənclik üçün könüllülük olduqca vacibdir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2025” ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Gənclər və İdman Nazirliyi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə könüllüləri müxtəlif təşəbbüslərlə dəstəkləyir.
“Bugünkü tədbirdə 3500-dən artıq könüllünün iştirakı göstərir ki, bu sahəyə maraq böyükür. Könüllülərin sayı ildən-ilə artacaq və onların cəmiyyətə verdiyi töhfələr daha da güclənəcək”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

