
“Sumqayıt” amerikalı basketbolçu transfer edib.
Bu barədə “Report”a klubdan məlumat verilib.
24 yaşlı amerikalı basketbolçu Jaaqo Aban Kalakonla mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, 196 sm boya malik forvard indiyə qədər ölkəsində “Olney CC”, “Triton College”, “Vestern Illinois”, Finlandiyanın “Oulu” və “Aanekosken Huima” komandalarında çıxış edib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

