Bakı.Trend:
Bu ilin noyabr ayında Bakının bütün rayonlarında torpaq
sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə
artıb.
Bu barədə Trend-ə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”
İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi
Səbail rayonunda qeydə alınıb. Həmin rayonda bir sot torpağın orta
qiyməti 425002 manat təşkil edib ki, bu da ötən ilin eyni ayındakı
göstərici ilə müqayisədə 41,1% çoxdur.
Paytaxtın Yasamal rayonunda da torpaq bazarında yüksək artım
müşahidə olunub. Bu rayonda iyulda torpağın orta qiyməti 209258
manata bərabər olub (+38,6).
Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək
göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 302 671 manat (+
14% ), Nəsimidə isə 298 028 manat (+ 21% ) təşkil edib.
Noyabrda bir sot torpağın orta qiyməti Xətai rayonunda 231895
manat (+ 18,4%), Nizami rayonunda 69 582 manat (+ 25,5%), Binəqədi
rayonunda 56 255 manat (+ 22,2%), Sabunçu rayonunda 47 557 manat (+
17,2%), Xəzər rayonunda 26 580 manat (+ 16%), Suraxanı rayonunda 26
525 manat (+ 12.5%), Qaradağ rayonunda 15 820 manat (+ 6.3%),
Pirallahı rayonunda isə 10100 manat (+ 9,3%) olub.
Beləliklə, rəqəmlərdən də göründüyü kimi 2025-ci ilin noyabr
ayında Bakının bütün rayonlarında torpaq qiymətləri artıb.
Ümumilikdə, Bakıda torpaq bazarı son bir ildə davamlı qiymət
yüksəlişi göstərib, xüsusilə mərkəzi rayonlarda daha intensiv artım
baş verib.


