
Bakı. Trend:
Bu ilin yanvar – noyabr aylarında muzdlu işçi sayının və
əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial
sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat
təşkil edib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 11,7 faiz və ya 601,3 milyon manat artıb.
Qeyd edilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən
ilin eyni dövrünə nisbətən 12,3 faiz artaraq 3 milyard 832,2 milyon
manat olub.

