Ağsuda avtomobil aşıb, ölən var

Baş səhifə
Ağsuda avtomobil aşıb, ölən var

Ağsu rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayonun Muradlı kənd istiqamətində qeydə alınıb.

Hadisə nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü 1982-ci il təvəllüdlü Imanov Zamiq Elikram oğlu aldığı ağır bədən xəsarətləri nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

MƏLUMAT YENİLƏNİR