
Günəşdə baş verən partlayışdan sonra geomaqnit fırtınası barədə xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Aeronavtika və Kosmik Administrasiyası (NASA) xəbərdarlıq yayıb. NASA-nın saytında ABŞ Milli Okean və Atmosfer Administrasiyası ilə birgə verilən açıqlamada günəşdə güclü partlayışın baş verdiyi bildirilib. Bəyanatda günəş partlayışının radio siqnallarına, elektrik şəbəkələrinə və naviqasiya siqnallarına təsir göstərə biləcəyi qeyd edilib.
NOAA xəbərdarlıq edib ki, günəş partlayışının təsiri səbəbindən geomaqnit fırtınaları baş verə bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

