Bakı. Trend:
Vaşinqtonda Milli Qvardiya üzvlərinin güllələnməsi ilə bağlı
ittiham olunan əfqan mənşəli miqrant barədə Taliban hökumətindən
ilk açıqlama gəlib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Talibanın xarici işlər naziri Əmir
Xan Muttaki hadisənin nə Əfqanıstan xalqı, nə də hökuməti ilə
əlaqəsi olmadığını bildirib.
“Bu hadisənin Əfqanıstanın şərəfli xalqı və ya Əfqanıstan
hökuməti ilə heç bir bağlılığı yoxdur. Bu, fərdi cinayət əməlidir”,
– deyə o qeyd edib.
Xatırladaq ki, əfqan əsilli şübhəli – Rəhmanullah Lakanval
noyabrın 26-da Vaşinqtonun mərkəzində, admiral Devid Farraqutun
adını daşıyan meydanın yaxınlığında Milli Qvardiya hərbçilərinə
atəş açıb. Hadisə Ağ Evdən təxminən 300 metr məsafədə baş
verib.

