
Azərbaycan və Çinin “Universal Energy” şirkəti arasında uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası üzrə təcrübəsi barədə fikir mübadiləsi aparılıb.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi olan 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasında birinci panelin quraşdırılması çərçivəsində Azərbaycanda səfərdə olan “Universal Energy” şirkətinin prezidenti Nan Yi ilə görüşüb.
“Stansiyanın inşasının gedişi, əməkdaşlığın genişləndirilməsi, imkanları, eləcə də şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası üzrə təcrübəsi barədə fikir mübadiləsi apardıq”, – deyə P. Şahbazov qeyd edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

