Aİ Ukraynaya 90 mlrd. avro maliyyə dəstəyi göstərməyi planlaşdırır

Baş səhifə

Avropa İttifaqının Ukraynaya növbəti iki il ərzində 90 milyard avro dəyərində maliyyə dəstəyi göstərməsi təklif olunur.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

O bildirib ki, bu məbləğ Ukraynanın 2026-2027-ci illərdə maliyyə ehtiyacının üçdə ikisini ödəyəcək.

Ursula von der Leyen təklifin qəbul edilməsi üçün Avropa ölkələrinə maliyyə dəstəyinin toplanması ilə bağlı həll yolları da təqdim edib.