Bakı. Trend:
NATO müttəfiqləri PURL təşəbbüsü çərçivəsində Ukraynaya
göndərilməsi üçün ABŞ-dan silah-sursat alışını əhəmiyyətli dərəcədə
artırsalar da, Ukraynanın bundan daha çoxuna ehtiyacı var və
müttəfiqlər hərbi avadanlığın tədarükünü daha da
çoxaltmalıdırlar.
Trend xəbər verir
ki, bu barədə Brüsseldə NATO baş katibi Mark Rütte danışıb.
İndiyə kimi 20-dən çox ölkə PURL təşəbbüsünü dəstəkləyib və
Rüttenin sözlərinə görə, “bu günki (sammitdə) daha çox öhdəliyin
veriləcəyi gözlənilir”. Söhbət dekabrın 3-də Brüsselə alyansın
xarici işlər nazirlərinin zirvə toplantısından gedir.
Qeyd edək ki, Prioritized Ukraine Requirements List (PURL)
2025-ci ilin yayında NATO və Birləşmiş Ştatlar tərəfindən
yaradılmış mexanizmdir. Məqsədi , hava hücumlarından müdafiə
sistemləri, yüksək dəqiqlikli silahlar daxil olmaqla Ukraynanın ən
təcili hərbi ehtiyaclarını ödəməkdir.

