Üç telekommunikasiya şirkəti birləşir

Baş səhifə

Bakı. Trend:

“AG Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Rahat Telecom”
və “SN Telecom” MMC-lərin ona qoşulması nəticəsində yenidən təşkil
edilir.

Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.




Bildirilib ki, buna görə də “AG Telekom” MMC yenidən təşkil
edilir və adı çəkilən hüquqi şəxslərin hüquqi varisidir.

“AG Telekom” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 200 040 manat olan MMC-nin qanuni təmsilçisi
Nəhmədov İlqar Şamil oğludur.