
Pakistanın şimal-qərbində polis maşınının yaxınlığında bomba partlayıb, üç polis əməkdaşı həlak olub.
“Report” “Dawn”a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Partlayış Əfqanıstan sərhədi yaxınlığında Xayber-Paxtunxva əyalətinin Dera-İsmail-Xan rayonunda baş verib.
“Partlayış əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib”, – rayon polis idarəsinin nümayəndəsi Yakub Zülkarnayn bildirib.
O həmçinin qeyd edib ki, polis təqsirkarları axtarır, iş hərtərəfli araşdırılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

