Qarsdan olan iş adamları azad edilən ərazilərə səfər edəcək

Baş səhifə

“Qarsdan olan iş adamları sabah Azərbaycanın Qarabağ bölgəsini ziyarət edəcəklər”.

APA xəbər verir ki, bunu Naxçıvanda keçirilən “2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu”nda Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Zamin Əliyev deyib.

Konsul bildirib ki, iyun ayında İğdırdan olan iş adamları da Qarabağı ziyarət ediblər: “Ümid edirəm ki, bu prosesi Ardahan, Ərzurum və Ağrı vilayətlərində də davam etdirmək olar”.

Qeyd olunub ki, Naxçıvan üzərindən Azərbaycan-Türkiyə sərhədi tam potensialda istifadə olunmalı, bu səbəbdən bu bölgələrdə ticarət müqavilələri, sərhəddə ticarət imkanları artırılmalıdır: “Türkiyənin Qars, Ardahan, Ərzurum, Ağrı şəhərləri ilə Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri arasında ticarət əlaqələrinin artırılması iş adamlarımızın daimi təşkilati məsələləri arasında olmalıdır”.