Cari ildə Herontoloji Mərkəzə müraciət edən 2 mindən çox insanın

Baş səhifə
Cari ildə Herontoloji Mərkəzə müraciət edən 2 mindən çox insanın

Bu ilin dekabr ayının 2-nə qədər Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzinə olan ümumi müraciət 2546 nəfər olub, onlardan 1644 nəfəri təqaüdçülərdir.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin “Bakı Şəhər Herontoloji Mərkəzi”nin direktoru vəzifəsini icra edən Nailə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, müəssisə təsis edilənə qədər də müraciətlərin əsas hissəsini təqaüdçülər təşkil edib:

“Bu, hal hazırda da belədir. 2020-ci il üçün müraciət sayı ümumi olaraq 1294 nəfər olub. Onlardan 789-u, yəni müraciət edənlərin 61%-ni təqaüdçü olub. 2025-ci ilin dekabr ayının 2-nə qədər olan ümumi müraciət 2546 nəfər olub. Onlardan 1644 nəfəri təqaüdçülərdir. Bu da 64,6% təşkil edir”.

N.Əhmədova bildirib ki, statistik məlumatlardan da göründüyü kimi, ümumi sayın artımı ilə bərabər, təqaüdçülərin də müraciətləri çoxalıb:

“Dünyada və Azərbaycandakı yaşlı əhlinin statistik gözəçarpan artımını da nəzərə alsaq, bu həssas təbəqənin ixtisaslaşmış tibbi yardım almaq üçün müraciətlərinin müvafiq olaraq artması gözlənilir”.

“Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzi herontologiya sahəsində uzun illərin təcrübəsini nəzərə alaraq 2020-ci ildə “Sağlamlıq sahəsi” poliklinikasının əsasında yaranıb”.

MƏLUMAT YENİLƏNİR…