Ötən ay dövlət qurumlarının informasiya sistemlərinə 49 kiberhücum aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Dövlət qurumlarının informasiya sistemlərində Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan daimi
monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən
cari ilin noyabr ayı üzrə 49 kiberhücum göstəricisi (IOC –
“Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş
qaydada bloklanıb.

Trend
XRİTDX-ə istinadən xəbər verir ki, bu kibertəhdidlərin 41-i daxili
araşdırma, 9-u isə dövlət qurumlarının müraciətləri əsasında
müəyyən olunub.




Bildirilib ki, bundan əlavə 2025-ci ilin noyabr ayı ərzində
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 20 932 797 zərərli keçid,
şəbəkə təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan “Sandbox”
mühafizə sistemi vasitəsilə isə 4 505 zərərverici tərkibli elektron
sənəd qeydə alınaraq bloklanmıb.

Bununla yanaşı son istifadəçilərdə quraşdırılan təhlükəsizlik
həlləri (mərkəzləşdirilmiş antivirus sistemi) vasitəsilə 300 412
sayda zərərli fəaliyyətin qarşısı alınıb.