Ağdamda 4 nömrəli yaşayış massivi üzrə 3,3 milyon manatlıq işlərə başlanılır

Baş səhifə

Bakı. Trend:

Ağdam rayonunun 4 nömrəli yaşayış massivi üzrə su –
kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işləri aparılacaq.

Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri
yekunlaşdırıb.

Belə ki, qurum yaşayış massivində sözügedən işlərin icrasını “Az
Technocon Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib
və müqavilə bağlayıb.




Müqaviləyə əsasən, MMC-yə 3,270 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu şirkət 2020-ci ildə dövlət
qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin
qanuni təmsilçisi Acalov Elşad Ağakişi oğludur.