Bakı.Trend:
Bu ilin noyabr ayında Bakının bütün rayonlarında köhnə tikili
mənzillərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə
artıb.
Bu barədə Trend-ə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”
İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi
Yasamal rayonunda qeydə alınıb. Belə ki, sözügedən rayonda köhnə
tikili mənzilin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 19,2%
artıb. Bu rayon üzrə köhnə tikili mənzilin 1 kv.metrinin satış
qiyməti 2.662 manat təşkil edir.
Səbail, Nəsimi, Nərimanov rayonları da mənzil bazarında artım
müşahidə edilib. Səbail rayonunda köhnə tikili mənzilin qiyməti
ötən ilin eyni dövrü ilə müqayisədə 17,4%(1kv.metr 2994manat),
Nəsimi rayonunda 16,3% (1kv.metr 2602 manat), Nərimanov rayonunda
isə 14,6%(1kv.metr 2873 manat) artım müşahidə edilib.
Nizami rayonunda köhnə tikili mənzilin 1 kv.metrinin satış
qiyməti 2601 manat(5,6% artım), Binəqədi rayonunda 2490
manat(4,1%artım), Xətai rayonunda 2598 manat (6,5% artım), Suraxanı
rayonunda 1906 manat (3,5% artım), Sabunçu rayonunda 2095 manat
(7,6% artım), Qaradağ rayonunda 1381 manat (2% artım), Pirallahı
rayonunda 1308 manat(0,5% artım), Xəzər rayonunda 1431 manat (5,3%
artım) təşkil edib.
Ümumilikdə, 2024-2025-ci illər aralığında Bakıda daşınmaz əmlak
bazarında son bir ildə davamlı qiymət artımı müşahidə edilib, bu
proses xüsusilə mərkəzi və prestijli rayonlarda daha intensiv qeydə
alınıb.


