Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Araz-Naxçıvan”ın “Benfika” (Portuqaliya) ilə cavab matçına təyinatlar açıqlanıb.
“Report” xəbər verir ki, matçı serbiyalı hakimlər Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcək.
Görüşün timekeeperi Srdjan Mihayloviç (Serbiya), Hakim-inspektor Sven Eyxler (Almaniya), UEFA nümayəndəsi isə Tai Regel Pundik (Danimarka) olacaq.
Görüş dekabrın 5-də Lissabondakı “Pavilhao Fidelidade”də, saat 21:30-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

