Dələduzluq işi üzrə həbs olunan sabiq Aİ ali nümayəndəsi sərbəst buraxılıb

Baş səhifə

Bakı. Trend:

Dələduzluq işi ilə bağlı ötən gün saxlanılmış Avropa İttifaqının
xarici siyasət üzrə sabiq ali nümayəndəsi dindirildikdən sonra
sərbəst buraxılıb.

Trend bu haqda
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hazırda Avropa Kollecinin rektoru olan Moqerini
ilə yanaşı həmin təhsil müəssisəsinin direktoru Çezare Dzeqretti və
Avropa Xarici Əlaqələr Xidmətinin keçmiş baş katibi Stefano Sannino
da saxlanılmışdı. Onların hər üçün Flandriya polis idarəsində
istintaqla bağlı sorğu-sualdan sonra sərbəst buraxılıblar. Yerli
prokurorluq onların sərbəst buraxıldığını belə ki, onların qaçmaq
riskinin olmadığını bildirib.




Qeyd edək ki, həmin şəxslər gələcək diplom Aİ-nin diplomatik
xidməti tərəfindən Avropa Kollecinə (Avropa İttifaqının Diplomatik
Akademiyasına ) doqquz aylıq tədris proqramına qəbul prosesində
qərəzli, ədalətsiz yanaşmada və rəqabət qaydalarını pozmaqda
şübhəli bilinirlər.

Mübahisələndirilən faktlar 2021–2022-ci illəri əhatə edir.