
Bakı. Trend:
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində
ödənişli məzuniyyət veriləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.
Layihəyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan
əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu
günədək ötən günlər qədər ödənişli olaraq uzadılacaq və bu halda
məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq.
Uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin
arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi
14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

