“Baku Fire”nın baş məşqçisi: “İntriqanı saxlamaq üçün “Neftçi” İK ilə matçda qələbə qazanmalıyıq”

Baş səhifə
Baku Firenın baş məşqçisi: İntriqanı saxlamaq üçün Neftçi İK ilə matçda qələbə qazanmalıyıq

“Baku Fire” klubu futzal üzrə Azərbaycan Yüksək Liqasında rintriqanı saxlamaq üçün IX turun “Neftçi” İK ilə matçında qələbə qazanmalıdır.

Bunu “Report”a açıqlamasında komandanın baş məşqçisi Teymur Eyvazov deyib.

O, çətin oyuna çıxacaqlarını deyib:

“Bu, bizim üçün cari mövsümdə ən vacib oyunlardan biridir. İntriqanı saxlamaq üçün qələbə qazanmalıyıq. Oyun bizim üçün çətin olacaq. Güclü rəqiblə qarşılaşacağıq. Heyətlərində keyfiyyətli futzalçılar var. Bizim də heyətlə bağlı demək olar ki, problemimiz yoxdur. Bəzi oyunçularımızın yüngül zədələri olsa da, “Neftçi” İK ilə matçda kömək edə biləcəklərini düşünürəm. Sabah meydançaya qələbə qazanmaq üçün çıxacağıq və əminəm ki, uşaqlar əllərindən gələni edəcəklər”.

Qeyd edək ki, “Baku Fire” – “Neftçi” matçı sabah “Olimpik Star”da, saat 13:00-da başlayacaq.

“Neftçi” İK hazırda 22 xalla turnir cədvəlinə başçılıq edir. Üçüncü pillədə yer alan “Baku Fire”nin 17 xalı var.