ABŞ-də Qərbi Azərbaycandan bəhs edən yeni kitablar işıq üzü görüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Şimali Karolina Universitetinin professoru, əslən Qərbi
Azərbaycandan olan Əli Əsgərovun XX əsrdə azərbaycanlıların
Ermənistandan deportasiyası və orada yaşayan Azərbaycan icmasının
həyatı haqqında iki yeni kitabı işıq üzü görüb.

Trend xəbər verir ki, bu
barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, Əli Əsgərovun Tenessi Texnologiya Universitetinin
professoru Maykl Gunterlə birgə qələmə aldığı “Forgotten Exile: The
Deportations of Azerbaijanis by the Armenians in the Caucasus
during the Twentieth Century” (“Unudulmuş sürgün: XX əsrdə Qafqazda
azərbaycanlıların ermənilər tərəfindən deportasiyası”) adlı kitab
bu ilin oktyabr ayında “Brill” nəşriyyatında buraxılıb. Nəşrdə XX
əsr boyunca Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi
deportasiyalar arxiv sənədləri, müsahibələr və geniş elmi mənbələr
əsasında araşdırılıb. Kitabın mühüm özəlliyi müəllifin 1988-ci ildə
öz ailəsi ilə birlikdə doğma yurdundan məcburi köçürülməsinə dair
xatirələrə də yer verməsidir. Əsər bölgədə azərbaycanlıların etnik
tərkibinin dəyişdirilməsi proseslərini faktlarla təqdim edir.
Kitabın ərsəyə gəlməsinə Diasporla İş üzrə Dövlət Komitəsi də
dəstək göstərib.

“Roots and Ruins: Life in a Lost Village and Twenty-One Years of
Soviet Citizenship” (“Köklər və xarabalıqlar: İtirilmiş kənddə
həyat və Sovet vətəndaşlığının iyirmi bir ili”) adlı ikinci kitabda
müəllif doğulduğu Qarabağ kəndinin və Ermənistanda yaşayan
azərbaycanlıların gündəlik həyatından, sosial quruluşundan,
təhsilindən, təsərrüfat fəaliyyətindən və etnik gərginliklərin
yüksəldiyi dövrdə baş verən hadisələrdən bəhs edib. Nəşr sovet
dövründə azərbaycanlıların öz yurdlarından çıxarılması və mədəni
irsin məhvi ilə bağlı dəyərli məlumatlarla zəngindir.




Hər iki kitab Qərbi Azərbaycanda tarixi, demoqrafik və sosial
proseslərin elmi tədqiqi baxımından dəyərli mənbə hesab oluna
bilər.

Kitabları aşağıdakı linklər vasitəsilə əldə etmək mümkündür:

https://brill.com/display/title/72640


Amazon.com: Roots and Ruins: Life in a Lost Village and Twenty-One
Years of Soviet Citizenship: 9798275414219: Askerov, Ali:
Books