Təyyarələr hava şəraitinə görə İrəvanda hava limanına enə bilmir

Baş səhifə

Təyyarələr hava şəraitinə görə İrəvanda hava limanına enə bilmir.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Larnaka, Dubay, Əbu-Dabi və Yekaterinburqdan gələn təyyarələr hava limanının səmasında dövrə vurmaqdadırlar.

“Flightradar”ın məlumatına görə, Əbu-Dabi-İrəvan reysi üzrə hərəkətdə olan təyyarə Tbilisiyə yönəldilib.