Antonin Minarski yanğın-xilasetmə idmanı üzrə dünya çempionatından gözləntiləri barədə danışıb

Baş səhifə
Antonin Minarski yanğın-xilasetmə idmanı üzrə dünya çempionatından gözləntiləri barədə danışıb

Yanğınsöndürənlər və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının vitse-prezidenti Antonin Minarski 2026-cı ildə keçiriləcək yanğın-xilasetmə idmanı üzrə dünya çempionatında idmançıların yaxşı nəticələr göstərəcəyini gözləyir.

“Report”un məlumatına görə, bu barədə A.Minarski Bakıda jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, 2026-cı ildə dünya çempionatı Azərbaycanda keçirilə bilər.

A.Minarskinin sözlərinə görə, yanğınsöndürənlər və xilasedicilər bu turnirdə ən yaxşı nəticələri göstərə biləcəklər: “Bu, yanğınsöndürənlərin məsuliyyət, hündürlükdə işləmək bacarığı, yanğınla mübarizə və s. nümayiş etdirdikləri bir idman növüdür. Düşünürəm ki, Azərbaycanda biz ən yaxşı nəticələri görəcəyik”.