İstifadəçilərin NƏZƏRİNƏ: Saxta “Tiktok” və “Youtube” tətbiqləri ilə virus yayılır

Baş səhifə

Bakı. Trend:

“Daha geniş” və ya “18+” versiyaları adı altında internetdə
saxta “Tiktok” və “YouTube” tətbiqləri yayılmağa başlayıb. “F6”
kibertəhlükəsizlik şirkətinin mütəxəssisləri həmin tətbiqlərdə
troyan tipli virusların yayıldığına dair xəbərdarlıq edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, saytlarda zərərli olan belə tətbiqlərin reklamı
yerləşdirilir. F6 əməkdaşları tapa bildikləri proqramların adlarını
təqdim ediblər:




“ TikTok 18+”, “YouTube Max”, “YouTube Boost”, “YouTube Mega”,
“YouTube Ultra”, “YouTube Plus”, “YouTube Ultima Edition”, “YouTube
Pro”, “YouTube Advanced”, “Ютуб плюс” (adı kiril əlifbası ilə
yazılır – red.)

Həmçinin, internetin Rusiya seqmentində “Cərimələrin
ödənilməsi”, “Tıxacsız” və “EasyRide” adlı viruslu tətbiqlər də
aşkar edilib.