Xəritəçilik İşçi Qrupunun fəaliyyəti TDT çərçivəsində əməkdaşlığın vacib istiqamətlərindən biridir – Murad Nəcəfbəyli

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq
təşkilatdır. Çünki bu, bizim ailəmizdir. Bu sözlər əməkdaşlığımızın
ruhunu çox dəqiq ifadə edir.

Trend xəbər
verir ki, bunu bu gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası Katibliyinin
rəhbəri Murad Nəcəfbəyli Türk Dövlətləri Təşkilatına (TDT) üzv
ölkələrin xəritəçilik qurumları rəhbərlərinin ikinci iclasında
çıxışı zamanı deyib.

Murad Nəcəfbəyli bildirib ki, Xəritəçilik İşçi Qrupunun
fəaliyyəti də bu əməkdaşlığın vacib istiqamətlərindən biridir:

“Geodeziya, kartoqrafiya və coğrafi informasiya sistemləri
sayəsində məlumat və fəaliyyət imkanları ölkələrimiz üçün yeni
perspektivlər açır.

Xüsusilə də 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf
Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu ərəfəsində bu sahədə
əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Bu, həm də Azərbaycanın ətraf mühitin qorunması və dayanıqlı
inkişaf istiqamətində atdığı addımları bir daha nümayiş
etdirir.

İnanıram ki, bugünkü iclas uğurlu olacaq və gələcək
əməkdaşlığımız üçün yeni imkanlar yaradacaq”.