Kəlbəcərdə yük avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb

Baş səhifə

Kəlbəcər. Trend:

Kəlbəcərdə sementlə dolu yük avtomobili aşması nəticəsində
sürücü xəsarət alıb.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun
Kəlbəcər-Vəngli dairəsində Əhmədov Namiq Əli oğlu idarə etdiyi “DONGFENG” markalı sement daşıyan avtomobil ilə hərəkətdə olarkən
idarəetməni itirib və avtomobili aşırıb.




Qəza zamanı dürücü N.Əhmədov müxtəlif dərəcəli xəsarət alaraq
Kəlbəcər rayonunda yerləşən Hospitala çatdırılıb. Hadisə yerinə
FHN-nin Kəlbəcər Rayon DYMH-nin əməkdaşları cəlb edilib.
Yanğınsöndürən əməkdaşları avtomobilin aşması nəticəsində yola
dağılan yanacağı ərazidən təmizləyərək yanğın hadisəsinin baş
verməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma başlanıb