Nazir müavini: Azərbaycan xəritəçilik, geodeziya sahələri üzrə əməkdaşlığın genişlənməsinə önəm verir

Baş səhifə
Nazir müavini: Azərbaycan xəritəçilik, geodeziya sahələri üzrə əməkdaşlığın genişlənməsinə önəm verir

Azərbaycan xəritəçilik, geodeziya sahələri üzrə əməkdaşlığın genişlənməsinə önəm verir.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov dekabrın 3-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclasında deyib.

Onun sözlərinə görə, TDT təkcə əməkdaşlıq məkanı deyil, həm də mühüm geosiyasi təsir mərkəzinə çevrilir:

“TDT çərçivəsində digər sahələr üzrə əməkdaşlıq genişlənir. Bu gün baş tutan görüş regional səviyyədə vahid standartların tətbiqi, ortaq tematik xəritələşmə işlərinin genişlənməsi üçün mühüm əhəmiyyət daşıyır”.