Qusarda “KamAZ” 87 yaşlı kişini vuraraq öldürüb

Baş səhifə
Qusarda KamAZ 87 yaşlı kişini vuraraq öldürüb

Qusarda “KamAZ” 87 yaşlı kişini vuraraq öldürüb.

“Report” un Şimal bürosunun məlumatına görə, Qusar rayon Urva kəndində Gəray Tariquliyev idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə həmkəndlisi 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaldarkən M.Şeydayev yıxılıb və G.Tariquliyev yük avtomobilini geriyə hərəkət etdirərkən onun üzərindən keçib.

Hadisə yerində Məhərrəm Şeydayev ölüb.

Faktla bağlı araşdırma aparılır.