Azərbaycan kubokunda bu gün daha üç oyun keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində daha üç
qarşılaşma baş tutacaq.

Trend xəbər verir
ki, günün ilk oyununda “İmişli” öz meydanında kubokun son qalibi
“Sabah”ı qəbul edəcək.

Bu cütün qalibi 1/4 finalda bu gün keçiriləcək “Karvan-Yevlax” –
“Qarabağ” görüşünün qalibi ilə qarşılaşacaq.




Paralel keçiriləcək oyunda “Şamaxı” doğma arenada “Baku
Sportinq”lə üz-üzə gələcək. Bu duelin qalibi növbəti mərhələdə
“Zirə” ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları bir matçdan
ibarətdir.