Baydenin avtomatik imza qurğusu ilə imzaladığı bütün fərmanlar qüvvədən düşüb

Baş səhifə
Baydenin avtomatik imza qurğusu ilə imzaladığı bütün fərmanlar qüvvədən düşüb

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkənin 46-cı prezidenti Co Baydenin avtomatik imza qurğusu ilə əvvəllər imzaladığı bütün əfv fərmanları digər sənədlər kimi, qüvvədən düşüb.

“Report”un məlumatına görə, bu barədə Ağ Evin “Truth” sosial şəbəkəsindəki səhifəsində müvafiq yazı dərc olunub.

O, Baydenin həmin qələmdən istifadə edərək imzaladığı hər hansı sənəd, bəyannamə, icra sərəncamı, memorandum və ya müqavilələrin” etibarsız hesab edildiyini bildirib.

“Bu qaydada imzalanmış əfv fərmanları, əvəzetmələr və ya hər hansı digər hüquqi sənədləri alan hər kəs bilsin ki, onlar tamamilə etibarsızdır və artıq hüquqi qüvvəyə malik deyil”, – Tramp əlavə edib.