Bakı. Trend:
Red Bull komandasının 2026-cı il mövsümü üçün ikinci pilotu
müəyyənləşib.
Trend xəbər verir
ki, Ayzek Həcər Red Bull-un bolidini sürəcək və gələn il Maks
Ferstappenin komanda yoldaşı olacaq.
Reysinq Bulls komandasının 2026-cı il üzrə iki pilotu isə Liam
Lauson və Arvid Lindblad olacaq.
Qeyd edək ki, 21 yaşlı Ayzek Həcər cari mövsümdə Reysinq Bulls
komandasının tərkibində çıxış edib. Mövsümün başa çatmasına isə
cəmi bir yarış qalıb.

