Azərbaycan millisi FIFA turnirinin qalibi olub

Baş səhifə

Bakı. Trend:

Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan
ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s
Football Series 2025” turnirində ikinci oyununu keçirib.

Trend xəbər
verir ki, millimiz paytaxt Dəkkədə Banqladeş seçməsi ilə
qarşılaşıb. Görüş millimizin 2:1 hesablı qələbəsi ilə
yekunlaşıb.




İlk matçda Malayziya yığması üzərində 2:0 hesablı qələbə qazanan
Siyasət Əsgərovun komandası bugünkü nəticədən sonra 6 xalla
turnirin qalibi olub.