Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib.
“Report”un məlumatına görə, 1/8 finalda “Şahdağ Qusar”ın qonağı olan “Turan Tovuz” 2:1 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.
Qərb təmsilçisi növbəti raundda “Araz-Naxçıvan” – “Kəpəz” duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

