Çeçenistanda güc strukturlarının qərargahlarına kütləvi dron hücumu olub

Baş səhifə

Bu gecə Çeçenistanda hərbi və güc strukturlarının qərargahlarına qarşı növbəti kütləvi dron hücumu baş verib.

APA xəbər verir ki, bu barədə “RBK-Ukraina” yerli sakinlərin sosial şəbəkədə hücumun nəticələrini əks etdirən foto-video materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, hücumlar Qudermes və Açxoy-Martan rayonu ərazilərində qeydə alınıb.

Sosial şəbəkələrdə sürətlə yayılan fotolarda Federal Təhlükəsizlik Xidmətinin Açxoy-Martanda yerləşən binasında hücumdan sonra ciddi dağıntıların olduğu görünür.