Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Estoniya xarici işlər naziri Marqus Tsahkna arasında dekabrın 2-də telefon danışığı aparılıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Estoniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal məsələlər müzakirə edilib.
Ölkələrimiz arasında intensivləşən siyasi dialoqun və qarşılıqlı səfərlərin məmnunluq doğurduğu bildirilib. Beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.
Telefon danışığı zamanı, nazir Marqus Tsahkna Estoniyanın ölkəmizdəki səfirliyinin 2026-cı ildə açılması barədə rəsmi qərarın qəbul edildiyi barədə məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində bu addımın təqdirəlayiq olduğunu bildirib. Bu addımın iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.
Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MƏLUMAT YENİLƏNİR..
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

