Uitkoffun təyyarəsi Rusiyanın hava məkanına daxil olub

Baş səhifə

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun təyyarəsi Rusiya sərhədini keçib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya KİV-i hava hərəkətinin monitorinq mərkəzinə istinadən məlumat yayıb.

Bildirilib ki, Uitkoffun əvvəllər Moskvaya səfər etmək üçün istifadə etdiyi tipli ABŞ təyyarəsi Rusiyaya sərhədini keçib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov Putin-Uitkoff görüşünün Moskva vaxtı ilə təxminən 17:00-də başlayacağını açıqlayıb.