Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Şimal-Cənub nəqliyyat dəhlizi
ilə daşınmış yüklərin həcmi 6,720 milyon ton olub.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
303,2 min ton və ya 4,3% azdır.




Belə ki, ötən ilin yanvar-sentyabr aylarında Şimal-Cənub
nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 7,023 milyon ton
olmuşdu.

Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında
nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 10,556 milyon
ton, avtomobil nəqliyyatı ilə 8,009 milyon ton və dəniz nəqliyyatı
ilə 5,590 milyon ton yük daşınıb.

Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46 faizini,
avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9 faizini, dəniz
nəqliyyatı ilə daşınmış yüklərin 94,7 faizini tranzit yüklər təşkil
edib.