
Bakı.Trend:
Bizə elə bir etibarlı platforma lazımdır ki, qurumlar öz
çətinliklərini elan edə, startaplar həmin çağırışlara müraciət edə
və institutlar tədqiqat sorğularını yerləşdirə bilsinlər.
Trend xəbər
verir ki, bu fikirləri bu gün ASAN Xidmətin ASAN Süni İntellekt
Mərkəzinin (ASAN AI HUB) açılış tədbirindəki panel müzakirəsi
zamanı ASAN AI Hub-ın rəhbəri Ləman İbrahimova səsləndirib.
“ASAN AI Hub çətinlikləri əməkdaşlıqlara çevirmək, ideyaları
prototiplərə, prototipləri isə real həllərə çevirmək və ən əsası,
heç bir sektorun təkbaşına fəaliyyət göstərməməsini təmin etmək
üçün məhz bir körpü olmaq məqsədilə yaradılıb”, – deyə mərkəz
rəhbəri əlavə edib.

