Media subyektlərinin mənfəət vergisinə 5 illik güzəşt təklif olunur

Baş səhifə

Bakı. Trend:

Media resurslarının bir hissəsinə vergi güzəştləri təqbiq
olunursa, televiziya və radiolara münasibətdə də eyni yanaşmanın
sərgilənməsinin nəzərdən keçirilməsi də doğru olar.

Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin
bugünkü plenar iclasında çıxışı zamanı deyib.

“Bu sıraya uyğun bilindiyi halda texniki avadanlıqların alınması
üçün rüsum güzəştləri, media subyektləri üçün mənfəət vergisinin
müvəqqəti azaldılması və ya ilk 5 il məhdudlaşdırılmış güzəşt
tətbiqi çox mühüm dəstək mexanizmi ola bilər”, – deyə o
bildirib.




Millət vəkili bildirib ki, bu həm də sözügedən sahəyə
investisiya imkanlarının artırılması deməkdir.

“Xarici rəqəmsal platformalar ədalətli vergiyə və öhdəliklərə
cəlb olunmalıdırlar. Yerli medianın qorunması və bərabər rəqabəti
təmin etmək üçün xarici rəqəmsal platformalara rəqəmsal reklam
vergisi tətbiq olunmalı, “TikTok”, “Meta”, “Google” və digər qlobal
resurslar qarşısında yerli təsisçi və ya nümayəndəlik, yerli server
və təmsilçilik açmaq açmaq öhdəliyi qoyulmalı, eləcə onlardan
uşaq-kontent qaydalarına riayət edilməsi tələb olunmalıdır. Bu
addımlar həm dövlət büdcəsinin yükünü azalda, həm reklam bazarını
tənzimləyə, həm də informasiya təhlükəsizliyinə mühüm töhfə verə
bilər”, – deyə deputat qeyd edib.