Bakı. Trend:
Türkiyədə, Bosfor boğazında qatı dumanla əlaqədar hər iki
istiqamətdə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Trend xəbər verir
ki, bu barədə Türkiyənin Nəqliyyat nazirliyinin dəniz məsələləri
üzrə departamenti bəyanat yayıb.
“Qatı dumanla əlaəqdar hava şəraiti normallaşana qədər hər iki
istiqamətdə gəmilərin hərəkəti dayandırılıb”, -məlumatda
bildirilir.
Sonuncu dəfə Bosfor boğazı sentyabrın 30-da yük gəmisinin
sıradan çıxması ilə əlaqədar bağlanmışdı.

