
Bakı. Trend:
Azərbaycanda ən populyar mobil cihazların adı bəlli olub.
Trend-in
“Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə,
“Samsung” smartfonları bu ilin noyabr ayında mobil cihazlar üzrə
24,96 faiz bazar payı ilə Azərbaycanda ilk pillədə qərarlaşıb.
Cari ilin oktyabr ayına olan göstərici ilə müqayisədə “Samsung”
markasının Azərbaycanda bazar payı 0,41 faiz bəndi, 2024-cü ilin
noyabr ayına nisbətən isə 9,21 faiz bəndi azalıb.
Hesabat dövründə Azərbaycanda ən çox bazar payına malik smartfon
brendlərinin siyahısında “Unknown” ikinci yerdə olub. Belə ki, bu
markalı smartfonların Azərbaycanda bazar payı əvvəlki ayla
müqayisədə 1,91 faiz bəndi azalıb, ötən ilin noyabr ayına nisbətən
isə 15 faiz bəndi artaraq 23,8 faiz təşkil edib.
Siyahıda növbəti pillədə “Apple” qərarlaşıb. Belə ki, bu brendin
Azərbaycanda smartfonlar üzrə bazar payı bir ay əvvələ nisbətən
0,45 faiz bəndi, ötən ilin noyabr ayı ilə müqayisədə isə 4,84 faiz
bəndi artaraq 21,65 faizə bərabər olub.
Siyahıda 4-cü pillədə 18,54 faiz bazar payı ilə “Xiaomi”
smartfonları mövqelənib. Bu göstərici isə bir ay əvvəllə müqayisədə
0,67 faiz bəndi çox, ötən ilin eyni dövrünə nisbətən isə 9,27 faiz
bəndi azdır.
Bu ilin noyabr ayı üzrə digər smartfonların Azərbaycanda əhatə
dairəsinə görə reytinqi aşağıdakı kimi müəyyənləşib:
“Honor” – 4,94 faiz (oktyabr ayına nisbətən 0,6 faiz bəndi çox,
2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,17 faiz bəndi az);
“Huawei” – 1,77 faiz (oktyabr ayına nisbətən 0,33 faiz bəndi
çox, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,25 faiz bəndi
az);
“Oppo” – 0,78 faiz (oktyabr ayına nisbətən 0,12 faiz bəndi,
2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,2 faiz bəndi az);
“Realme” – 0,78 faiz (oktyabr ayına nisbətən 0,09 faiz bəndi,
2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,04 faiz bəndi çox);
“Infinix” – 0,86 faiz (oktyabr ayına nisbətən 0,07 faiz bəndi,
2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,07 faiz bəndi az);
“Tecno” – 1,16 faiz (oktyabr ayına nisbətən 0,13 faiz bəndi,
2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,06 faiz bəndi çox);
“Motorola” – 0,23 faiz (oktyabr ayına nisbətən 0,02 faiz bəndi
çox, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,06 faiz bəndi
az);
“LG” – 0,01 faiz (oktyabr ayına nisbətən eyni, 2024-cü ilin
noyabr ayı ilə müqayisədə 0,03 faiz bəndi az);
“Google” – 0,08 faiz (oktyabr ayına nisbətən 0,7 faiz bəndi,
2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,18 faiz bəndi az);
“Lenovo” – 0,06 faiz (oktyabr ayına nisbətən eyni, 2024-cü ilin
noyabr ayı ilə müqayisədə 0,07 faiz bəndi az);
“Sony” – 0,02 faiz (oktyabr ayına nisbətən 0,01 faiz bəndi çox,
2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,01 faiz bəndi az)
Hesabat dövründə Azərbaycanın smartfon bazarında 0,36 faiz digər
markaların payına düşüb.

