COP29
- 02 dekabr, 2025
- 10:41

Yalçın Rəfiyev
Türkiyə COP29 təcrübəsini öyrənmək üçün Azərbaycan nümayəndə heyətinin bu ölkədə qəbul ediləcəyi gözlənilir.
“Report” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29 Azərbaycan üzrə baş danışıqçı Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyənin COP31-ə ev sahibliyi regionda Azərbaycandan sonra ətraf və ekoloji məsələlərə diqqətin artmasına səbəb olacaq:
“Türkiyə tərəfindən öz dəstəyimizi təqdim etmişik. Türkiyə tərəfi də bunda maraqlıdır və yaxın zamanlarda Azərbaycan nümayəndə heyətinin bu ölkədə qəbulu planlaşdırılıb”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

