Bakıda Asiya universitetləri arasında iqlim dəyişikləri üzrə əməkdaşlıq platforması yaradıla bilər

Baş səhifə
Bakıda Asiya universitetləri arasında iqlim dəyişikləri üzrə əməkdaşlıq platforması yaradıla bilər

ADA Universitetində “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfrans iki gün davam edəcək.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, tədbirdə 42 ölkədən nümayəndə iştirak edir:

“Biz bu konfransı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Aparıcı Universitetlər Tərəfdaşlıq Şəbəkəsinin (AUTŞ) Koordinasiya Şurasının sədri kimi keçiririk. Məqsəd Asiya universitetləri arasında iqlim dəyişikləri üzrə müəyyən əməkdaşlıq platformasının yaradılmasıdır. Yəni burada həm yaşıl energetika, həm iqlim dəyişikləri, həm enerji keçidi, yaşıl energetikaya keçid mövzuları müzakirə olunacaq, Azərbaycanın təcrübəsi bölüşüləcək, Qarabağda aparılan işlər, o cümlədən yaşıl energetika, inkişafı layihələri müzakirə olunacaq. Universitet alimləri, profesorlar arasında fikir mübadiləsi və maarifləndirici layihələr müzakirə olunacaq”.