
Masallı rayonunda avtomobil aşıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Hüseynova Fərmudə Əlipənah qızı idarə etdiyi “Nissan Sunny” markalı minik avtomobillini aşırıb.
Nəticədə sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər 1975-ci il təvəllüdlü İsmayılova Gülşən İsa qızı, 1985-ci il təvəllüdlü Nuriyeva Nuriyə Rasim qızı və 1961-ci il təvəllüdlü Vəlişova Sevda İsa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına daxil olub. S.Vəlişova aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

